“İnter”in direktoru “Neftçi”nin düşərgəsinə gəldi: “Mömrəmi istədi, pasportum olsaydı…”

5 Dekabr 23:20 Neftçi 137
“İnter”in direktoru “Neftçi”nin düşərgəsinə gəldi: “Mömrəmi istədi, pasportum olsaydı…”

“Korintians”da əsas komandaya yüksələndə çox utancaq idim.

Əgər akademiyada olduğum kimi davransaydım, “Korintians”da özümü doğrulda və Avropanın daha yaxşı klublarına keçə bilərdim”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq legioneri Bruno Bertuççi ölkəsi Braziliya mətbuatına müsahibəsində deyib.

Keçmiş müdafiəçi söhbət zamanı “Neftçi”də keçirdiyi anları da xatırlayıb. O, xüsusən də, 2012-13 mövsümündə Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter"inə qarşı Bakıda keçirilən görüşü xatırlayıb:

“Bakıda “İnter”ə 1:3 hesabı ilə uduzduq, amma möhtəşəm oyun keçdi. Karyeramın ən yaxşı matçlarından biri idi.

Həmin qarşılaşmadan sonra “İnter”in bir direktoru paltardəyişmə otağına gələrək, mənim əlaqə nömrəmi istədi.

Təəssüf ki, italyan pasportum olmadığı üçün keçidim alınmadı. Əgər pasportum olsaydı, hər şey yoluna düşəcəkdi.

Bunu həmişə xatırlayıram – “İnter”də oynamaq üçün real imkanım var idi”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 18:10 Çək və bizə göndər!
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?