Xarici KİV “Neftçi”dən belə informasiya yaydı - 1,5 illik müqavilə, 500 min avro maaş

12:40 Neftçi 195
Xarici KİV “Neftçi”dən belə informasiya yaydı - 1,5 illik müqavilə, 500 min avro maaş

Viktor Qonçarenkonun “Neftçi”dən aldığı təklifin detalları müəyyənləşib.

Sportinfo.az Belarus mətbuatına istinadən xəbər verir ki, Bakı klubu 48 yaşlı mütəxəssisə 1,5 illik müqavilə təklif edib.

Ölkəsində 11 dəfə ilin ən yaxşı məşqçisi seçilən Qonçarenkonun razılıq verəcəyi təqdirdə, məvacibi də müəyyənləşib. Belə ki, o, müsbət cavab verərsə, illik maaşı 500 min avro təşkil edəcək.

Hazırda işsiz olan Viktor Qonçarenkonun son klubu “Pari NN” olub. “Neftçi” isə Samir Abasovu istefaya göndərəndən bəri baş məşqçi axtarır.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 17:50 Çək və bizə göndər!