«Neftçi» yeni baş məşqçi təyinatına hazırlaşır.
Saytımız bu yöndə son dəqiqə məlumatı əldə edib.
Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, Yuri Vernidubla bir həftədən çoxdur davam edən danışıqlar yekunlaşıb.
Ukraynlı mütəxəssislə 1,5 illik müqavilənin müddəti və maliyyə şərtləri konteksində razılıq əldə olunub. Qalır onun Azərbaycana gəlməsi…
Bu problem də həllini tapmaq üzrədir. 59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında Ukraynanı tərk edə biləcək.
Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və ilkin razılıq alınıb.
Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.
«Neftçi» rəhbərliyi hazırda səfərbər vəziyyətdədir. Samir Abasovun qara günə qoyduğu komandanı dirçəltmək üçün bütün ümidlərini ona bağlayıblar.
Vernidubun bu gün, yaxud sabah Bakıda olması gözlənilir.
SPORTİNFO.AZ

