“Neftçi” və Kamerun millisinin hücumçusu Vinsent Abubakar kluba transfer qərarını necə verdiyini və bu prosesdə hansı amillərin rol oynadığını açıqlayıb.
Sportinfo.az” xəbər verir ki, o, bu barədə türkiyəli şərhçi Ertem Şenerə verdiyi müsahibədə söyləyib.
Abubakar “Neftçi”yə gəlişi ilə bağlı danışarkən, klub rəhbərliyi ilə yanaşı, Türkiyə yığmasının müdafiəçisi Çağlar Söyüncü ilə də məsləhətləşdiyini qeyd edib:
“Neftçi”yə gəlməzdən əvvəl həm klubun icraçı direktoru Cenk Sümerlə, həm də Çağlar Söyüncü ilə danışdım. Onlar mənə komandadan çox müsbət sözlərlə bəhs etdilər, böyük bir klub olduğunu söylədilər.
Onsuz da, Cenk Sümeri “Beşiktaş”da çalışdığı dövrdən tanıyırdım. Bu da qərar verməyimi asanlaşdırdı”.
Ulduz hücumçu Azərbaycan Premyer Liqasının səviyyəsini də dəyərləndirib:
“Azərbaycan Premyer Liqası haqqında danışmalı olsaq, kənardan bəzən asan görünə bilər, amma, əslində, heç də elə deyil, əksinə, çətin bir liqadır. Azərbaycan çox gözəl ölkədir.
Buradakı insanlar futbola qarşı çox hörmətlidirlər. Kluba gəldiyimdən bu yana müşahidə etdiyim qədərilə hər şey çox yaxşı təşkil olunub, korporativ struktur daha yaxşı formalaşıb”.
Daha ətraflı videomaterialda:

