«Neftiçi»nin yeni baş məşqçisinin kimliyinə yaxın bir neçə gün ərzində aydınlıq gələ bilər.
Saytımız bu barədə klubdan yeni məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, rəhbərlik bu məsələyə tezliklə nöqtə qoymaq niyyətindədir.
Hazırda bir neçə namizədlə danışıqlar gedir. Bakılılar öncəliyi Yuri Verniduba verib. 59 yaşlı mütəxəssisin Ukraynadan çıxa bilməsini gözləyirlər.
Rusiya ilə müharibə şəraitinə görə ölkəni tərk etməsində yaş məhdudiyyətiylə üzləşmiş çalışdırıcı problemi çözməyə geciksə, gözlər digər namsizədlərə çevriləcək. Hansı ki, onların hamısı əcnəbidir.
Başqa sözlə, yerli məşqçilər həmin siyahıda yer almır. Nə Tərlan Əhmədov, nə Azər Bağırov, nə də bir qeyrisi.
«Neftçi» noyabrın 24-dən bəri baş məşqçisiz qalıb. Müqaviləsinə birtərəfli qaydada xitam verilən Samir Abasovdan sonra komandaya nəharət müvəqqəti olaraq Sənan Qurbanova keçib.
O, «Turan Tovuz»la Premyer Liqa (0:0) və «Zirə» ilə kubok matçında (0:1) iş başında dayanıb.
SPORTİNFO.AZ

