“Samir Abasovun gedişindən sonra komanda yaxşıya doğru dəyişib”

3 Dekabr 2025 23:20 Neftçi 813
“Samir Abasovun gedişindən sonra komanda yaxşıya doğru dəyişib”

“Neftçi”nin legioneri Sessi Dalmeyda maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, Benindən olan yarımmüdafiəçi ötən gecə “Zirə”yə Azərbaycan Kubokunun 1/8 finalında uduzduqdan sonra Samir Abasovun gedişindən danışıb.

Afrikalı komandada mentalitetin dəyişdiyini bildirib:

“Fikrimcə, mentalitet yaxşıya doğu dəyişib. Oyunçular indi komanda üçün daha çox fədakarlıq edirlər.

Yeni baş məşqçi ilə çoxlu müsbət dəyişikliklər var. Yeni düşüncə, yeni yanaşmanı görürük.

Ona işləmək üçün imkan versək, böyük işlər görəcəyinə inanıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti