Görün, "Neftçi" kimlərə qucaq açır!

20:40 Neftçi 205
Görün, "Neftçi" kimlərə qucaq açır!

"Neftçi"nin yayda heyətinə qatdığı əcnəbilərdən biri də Alessio Kurçi oldu.

23 yaşlı lüksemburqlu istedadlı forvard adı altında böyük ümidlərlə ölkəmizə gətirilmişdi.

5-ci ayı arxada qoyur.

Bu müddətdə 2-si Ölkə Kuboku olmaqla 15 görüşdə "ağ qaralar" meydana çıxıb.

Amma bu oğlanın istedadını gördüm deyən tapılmaz.

Çünki heç özünü doğru-düzgün görə bilmirik.

Hələ qalmışdı istedadını...

Cəmi 7 matçda meydana ayaq basıb.

Ən çox birinci turda "Şamaxı"ya qarşı 64 dəqiqə meydanda olub.

İki dəfə 27 dəqiqə, bir dəfə 20, digər görüşlərdə isə uyğun olaraq 18, 4, 1 dəqiqə oynamaq şansı qazanıb.

Əvəzində adına bir qol yazdırıb. Avropalı təkcə "Neftçi"də deyil, elə "Neftçi"yə qədər də bu gündə olub.

Müasir futbolda belə statistikası olan stoperləri heç böyük klublara dəvət etmirlər. Hələm-hələm qalmışdı forvard olasan.

Baxın, bu cür pulu, şəraiti, imkanları olan "Neftçi" kimlərin ümidinə qalıb.

Məncə, əlavə şərhə ehtiyac yoxdur...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti