“Neftçi”nin Çempionlar Liqasını yaxşı tanıyan baş məşqçi ilə anlaşmaq fikri varmı?

09:40 Neftçi 135
“Neftçi”nin Çempionlar Liqasını yaxşı tanıyan baş məşqçi ilə anlaşmaq fikri varmı?

“Neftçi” baş məşqçi postuna yeni namzədi nəzərdən keçirir.

Bu barədə “Sport-Ekspress” məlumat yayıb.

Rusiyalı həmkarlarımız MOİK-in (Moskva) keçmiş çalışdırıcısının Bakı klubu ilə danışıqlar apardığını iddia edib.

Belaruslu mütəxəssisin son iş yeri Rusiyada “Pari NN” olub. 48 yaşlı Viktor Qonçarenko 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Nijni Novqorod komandasına rəhbərlik edib.

“Neftçi”nin əvvəlki baş məşqçisi 2024-cü ilin oktyabrından komandaya rəhbərlik edən Samir Abasov olub. O, 2025-ci il noyabrın 24-də vəzifəsindən azad edilib.

“Ağ-qaralar“ın rəhbər şəxslərindən birinin redaksiyamıza bildirdiyinə görə, Qonçarenkonun xidməti onlara təklif olunub. Özü də bu, birinci belə hal deyil.

Vaxtilə BATE ilə Çempionlar Liqasında mübarizə aparmış məşqçi son 3-4 ildə daim gündəmə gətirilib. Rusiyalı agentlər onun karyerasını Azərbaycanda davam etdirmək istəməsi barədə klubu məlumatlandırıblar.

Lakin o, bu gün də prioritet namizəd deyil, odur ki, paytaxt təmsilçisi Qonçarenko ilə hələ görüşmələrə start verməyib.

Hazırda “Neftçi“nin bütün planları Yuri Vernidubla bağlıdır.

SPORTİNFO.AZ

neftcinin-bas-mesqcisi-o-ola-biler

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 15:00 Kasıb olanda nə olar…