“Neftçi”dən səmimi etiraf: “Biz özümüz də günahkarıq”

22:20 Neftçi 163
“Neftçi”dən səmimi etiraf: “Biz özümüz də günahkarıq”

"Onun buradan ayrılması bizi üzdü”.

By sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin müdafiəçis Elvin Bədəlov deyib.

Yay fasiləsində “Sumqayıt”dan gəlmiş və 2 illik müqavilə bağlamış arxa xətt oyunçusu baş məşqçi Samir Abasovun istefaya göndərilməsinə münasibət bildirib:

“Düzünü desək, yaxşı futbol oynayırdıq. Analiz edəsi olsaq, oyunumuzda inkişaf vardı.

Təəssüf ki, iki-üç qələbəni heç nədən əldən verdik. Məsələn, evdə "Karvan-Yevlax"la görüşdə necə real qol imkanını qaçırdıq.

Evdə "İmişli"yə məğlub olmalı deyildik. Real qələbə imkanlarını boşa verdik.

Əlavə 6-7 xalımız olsaydı, bu gün turnir cədvəlində ilk üçlükdə yer alırdıq. Deməzdim ki, bütün günah baş məşqçidə idi.

Biz özümüz də günahkarıq. Təəssüf ki, kollektiv olaraq bu duruma düşdük”.

Digər Xəbərlər
Xəbər Lenti