“Sabah” baş məşqçisi Krunoslav Renduliç yenidən Azərbaycanda çalışmaq xəyalı ilə yaşayır.
“Bayquşlar“ın 2024-cü ilin noyabrında müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi xorvatiyalı mütəxəssis hazırda “Neftçi“ ilə təmas halındadır.
Balkanlı çalışdırıcı menecerlər vasitəsilə “ağ-qaralar“ın qapısını döyüb, müəyyən şərtlər daxilində Premyer Liqaya dönə biləcəyini açıqlayıb.
O, iş planını paytaxt təmsilçisinə təqdim eləyib, mövcud heyətlə uğur qazanmağın mümkünlüyünü söyləyib.
Renduliç 2024-cü ilin martında "Sabah"a baş məşqçi təyin edilmişdi. "Sabah" onun rəhbərliyi altında 25 oyun keçirib: 12 qələbə, 7 heç-heçə, 6 məğlubiyyət.
İlk mövsümündə bitimə 11 tur qalmış gəlmiş balkanlı 11 matçın 8-də qalibiyyətə sevinib və komandaya Premyer Liqanın bürünc medallarını qazandırıb.
52 yaşlı xorvat 1 ildir ki, işsizdir. Azərbaycandan ayrılandan sonra karyerasına müvəqqəti ara verməli olub.
“Neftçi“ isə bir həftə öncə Samir Abasovu görəvdən alıb. Bugünlər ərzində 50-dən artıq əcnəbi mütəxəssis onlara sv-i göndərib.
SPORTİNFO.AZ

