"Neftçi"nin yeni ulduzu haqda bu qərar verildi - GÖZLƏNİLMƏZ!

2 Dekabr 2025 17:20 Neftçi 4 080
"Neftçi"nin yeni ulduzu haqda bu qərar verildi - GÖZLƏNİLMƏZ!

"Neftçi"nin ulduzu Vensan Abubakar Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb.

33 yaşlı forvard Afrikanın ən böyük futbol turnirində iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb.

Afrika Millətlər Kuboku 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək.

Kamerun millisi turnirin qrup mərhələsində Qabon, Fildişi sahili və Mozambik komandaları ilə qarşılaşacaq.

Abubakar kapitanı olduğu Kamerun millisinə 2010-cu ildən çağırılır. O, yığmada 116 oyuna çıxıb və 45 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!