“Neftçi”dəkilər yalnız bir halda sevinir – Rəhbərliyin tələbi var

19:00 Neftçi 312
“Neftçi”dəkilər yalnız bir halda sevinir – Rəhbərliyin tələbi var

“Neftçi” rəhbərliyi maraqlı addımla diqqət çəkməkdədir.

Komanda üzvləri üçün mükafat fondu yalnız mümkün qələbələr üçün nəzərdə tutulub.

Bir çox klublarda heç-heçəyə görə pul mükafatı nəzərdə tutulsa da, “ağ-qaralar”dakı sistem başqadır.

Başbilənlər bu barədə mesajı indi yox, mövsümün əvvəlində verib.

Bildirilib ki, “Neftçi” hər oyunda meydana yalnız qələbə üçün çıxmalıdır. 3 xal varsa, əlavə pul da var, yoxdursa qara qəpik də yoxdur.

Məşqçi və futbolçular, eləcə texniki və inzibati heyət cari mövsümdə yalnız 3 oyundan – “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” üzərindəki qələbələrdən sonra mükafata sevinib.

Yerdə qalan 7 heç-heçəyə görə 1 manat da verilməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"