Bu ölkənin mediası “Neftçi”nin danışıqlar apardığı baş məşqçidən XƏBƏR YAYDI

1 Dekabr 2025 19:20 Neftçi 2 833
Bu ölkənin mediası “Neftçi”nin danışıqlar apardığı baş məşqçidən XƏBƏR YAYDI

“Neftçi”nin baş məşqçi vəzifəsi ilə bağlı danışıqlar apardığı ukraynalı mütəxəssis Yuri Vernidub Bakıya gələ bilmədiyi üçün tərəflər arasında razılaşma baş tutmur.

Sportinfo.az Ukraynanın sport.ua saytına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssisinin ölkədən çıxışında problem yaranıb.

Ukraynada davam edən hərbi vəziyyətə əsasən, Vernidub yalnız 2026-cı il yanvarın 22-də, 60 yaşı tamam olduqdan sonra ölkəni tərk edə bilər.

Bu isə “Neftçi” rəhbərliyinin gözləmə planlarına uyğun gəlmir və klub yeni baş məşqçi üçün iki ay vaxt itirmək niyyətində deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu