Samir Abasovu istefaya göndərmiş «Neftçi»nin baş məşqçi postuna yeni iddiaçı var.
Bu, Azər Bağırovdur.
Oktyabrdan bəri «Kəpəz»in sükanı arxasında olan mütəxəssis «ağ-qaralar»ı çalışdırmaq arzusundadır. Bu barədə paytaxt klubundan redaksiyamıza şok məlumat daxil olub.
Klub rəhbərliyinə yaxın şəxslərin saytımıza bildirdiyinə görə, «Pro» kateqoriyalı məşqçi son bir neçə gün ərzində idarəçilərdən biriylə iki dəfə əlapqə saxlayıb.
O, öz xidmətini təklif edib və «Neftçi»də işləmək şansı yaranarsa, hər an Gəncə təmsilçisindən ayrıla biləcəyini söyləyib.
Bağırov qarşı tərəfə vəd verməyi də vacib sayıb. «Komanda mənə tapşırılarsa, avrokuboklara vəsiqə qazanmağın məsuliyyətini öz üzərimə götürürəm. Mən bunu bacaracam» deyib.
SPORTİNFO.AZ

