50 xarici baş məşqçi öz xidmətini “Neftçi”yə təklif etdi - SON XƏBƏR

10:40 Neftçi 371
50 xarici baş məşqçi öz xidmətini “Neftçi”yə təklif etdi - SON XƏBƏR

Hazırda 50-dən çox məşqçi «Neftçi»nin sükanı arxasına keçməyə razıdır.

Saytımız bu barədə olduqca maraqlı məlumat əldə edib.

Klubdan redaksiyamıza daxil olan informasiyaya görə, Samir Abasovun istefaya göndərilməsindən sonra menecerlər tərəfindən göndərilən sv-lərin sayı 50-ni ötüb.

Son bir həftədə xidməti «ağ-qaralar»a təklif edilən mütəxəssislərin hamısı əcnəbidir.

Dekabrın 2-4-ü aralığında Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçiriləcək. «Neftçi» ilk oyun günü «Zirə»nin qonağı olacaq.

«Ağ-qaralar»ın Bakıətrafı qəsəbə səfərinə kimin aparacağı artıq bizə bəllidir. Klub rəhbərliyi yenə Sənan Qurbanova güvənib.

O, Samir Abasovun istefaya göndərilməsindən sonra komanda ilə Tovuz səfərinə yollanıb. Premyer Liqanın 13-cü turu çərçivəsində «Turan Tovuz»la keçirilən həmin görüş qolsuz bərabərliklə yekunlaşıb.

Kollektivin «Zirə» ilə qarşılaşmaya hazırlığının Sənan Qurbanova tapşırılması o deməkdir ki, yönətim yeni baş məşqçinin kimliyini müəyyənləşdirməyə tələsmir.

Bu məsələyə ehtiyatla yanaşır, səhv etmək istəmirlər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"