Abasov getdi, bəs “Neftçi”dəki iki legionerin aqibəti necə olacaq?

21:20 Neftçi 331
Abasov getdi, bəs “Neftçi”dəki iki legionerin aqibəti necə olacaq?

Samir Abasovun istefasından sonra “Neftçi” azarkeşlərində iki futbolçu ilə bağlı sual yaranıb.

Söhbət Aleks Fernandeslə Andrey Ştoqrindən gedir.

Müəmma keçmiş çalışdırıcının sərəncamında görmək istəmədiyi brazliyalı ilə ukraynalı yeni mövsüm üçün sifariş olunmamı ilə bağlıdır.

Hər ikisi müqavilə şərtlərinə uyğun olaraq bazada məşq etməsinə baxmayaraq, əsas komandaya yaxın buraxılmırdı.

Görəsən, Abasovun gedişindən sonra adları çəkilənlərin sifariş olunması mümkün görünür?

Klubdan əldə etdiyimiz bilgiyə görə, hələ ki, bu barədə yenilik yoxdur. Hər şey yeni baş məşqçinin kimliyindən və verəcəyi qərardan asılıdır.

O, Alekslə Andreyin hazırlıq durumundan, futbolçu keyfiyyətlərindən razı qalsa və bu barədə rəhbərliyə məlumat versə, ikinci dövrədən etibarən ağ-qara formada meydana çıxmaları mümkün ola bilər.

İş burasındadır ki, müqavilə ilə “Baltika”ya məxsus olub, “Neftçi”də icarə əsasında oynayan Fernandeslə anlaşmanın müddəti dekabr ayında başa çatır. O, yeni sözləşməyə qol çəkmədiyi üçün Abasovun qəzəbinə tuş gəlmişdi.

Roman Qrioqorçukun istəyi ilə cəlb olunaraq 3 illik sözləşmə imzalanan Ştoqrinin müqaviləsinin müddəti isə 2027-ci ilin yayında başa çatır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”