"Neftçi"də baş məşqçi postunu mənə 1 saatlıq tapşırsalar belə…" - Qurbanovdan AÇIQLAMA

15:00 Neftçi 541
"Neftçi"də baş məşqçi postunu mənə 1 saatlıq tapşırsalar belə…" - Qurbanovdan AÇIQLAMA

«Rəhbərliyə təşəkkür edirəm ki, bu məsuliyyətli işə mənə həvalə etdilər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin müvəqqəti baş məşqçisi Sənan Qurbanov deyib.

Bu gün Premyer Liqada 13-cü tura start verilib. "Neftçi" səfərdə "Turan Tovuz" un qonağı olacaq.

Bakılıları bu matça Sənan Qurbanov çıxaracaq. Samir Abasovu görəvdən almış yönətim komandanı ona tapşırıb:

"Belə bir anda "Neftçi"də olmaq böyük məsuliyyətdir. Çünki "Neftçi" çox böyük klubdur.

Bunu başa düşürük. Bir gün belə komandaya faydam dəyəcəksə, çox sevinərəm.

İki gün məşqdə olmuşuq, atmosfer yaxşıdır. Tovuz çətin səfərdir, bilirik ki, "Turan" doğma azarkeşləri önündə daha yaxşı oynayır.

Biz də orada "Neftçi"ni layiqincə təmsil etmək istəyirik. Məqsədimiz Bakıya pozitiv əhval-ruhiyyə ilə dönməkdir.

İndiki dönəmdə, bu, "Neftçi"yə çox lazımdır. Komandanı yaxşı görürəm, hər kəs birdir.

Bütün futbolçular uğur üçün acdır. Futbolçuların hamısında mən yalnız bunu hiss edirəm.

Bu komandanın potensialı böyükdür, daha yaxşı yerlərdə olmağa qadirdir. Mənim üzərimə nə düşürsə, maksimum şəkildə etməyə hazıram.

Can-başla bu yükün altına girmişəm. Hətta 1 saat işləsəm belə!".

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!