“Neftçi” Azərbaycanın iki ən önəmli klubundan biridir.
Bir müddət öncə “Neftçi”dən, Azərbaycan milli komandasından və orada başqa bir neçə klubdan təklif almışdım”.
Sportinfo.az xəbər verir ki, bunu futbolinfo.az-a açıqlamasında Türkiyənin məşhur məşqçilərindən olan Ərtuğrul Sağlam deyib.
O, “Neftçi”nin baş məşqçi postuna namizəd olması ilə bağlı gəzən xəbərlərə münasibət bildirib:
“Mən müxtəlif səbəblərdən təklif olan zaman orada işləyə bilmədim. İstər Türkiyədə, istərsə də Azərbaycanda önəmli məşqçilər çoxdur.
Neftçi” hazırda çox sıxıntılı dönəm yaşayır, bir krizin içindədirlər. Amma bunu hər kəs bilməlidir ki, dünyanın ən böyük klublarında belə bu hallar yaşanır.
Onlar öz azarkeşlərinin dəstəyi və özlərinə yaratdıqları inamla bu kimi halları geridə qoyur.
“Neftçi”nin də bu durumdan çıxacağına ürəkdən inanıram. Azərbaycandakı bütün dostlarımıza salam göndərirəm”.

