Tanınmış şəxs xəbərdarlıq etdi: "Neftçi" avrokuboklara düşməyə bilər" - VİDEO

10:40 Neftçi 107
Tanınmış şəxs xəbərdarlıq etdi: "Neftçi" avrokuboklara düşməyə bilər" - VİDEO

"Neftçi" bu mövsüm də avrokuboklara düşməyə bilər".

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan "Futbolumuz" verlişində "ağ-qaralar"dan danışan teleşərhçi vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu bildirib.

Tanınmış futbol adamı deyib ki, Samir Abasov burada çalışdığı 1 il ərzində özünü isbatlamağı bacarmayıb, bu üzdən, həm klub rəhbərliyi, həm də azarkeşlər daim onun fəaliyyətindən narazılığını ifadə edib.

Komandanın mövsümün ilk yarısında kifayət qədər zəif təsir bağışladığını, xeyli sayda xal itkisinə uğradığını söyləyib.

Ekspert qeyd eləyib ki, yayda böyük transfer əməliyyatları həyata keçirilib, ən son isə Vensan Abubakar kollektivə qoşulub, lakin baş məşqçi əlindəki geniş heyətdən düzgün yararlanmayıb.

Abbasov "Neftçi"nin müdafiə planında ciddi axsadığını, iddiasını itirmək üzrə olduğunu vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!