“Neftçi” indi Xosep Qvardiolanı da gətirsə, uduzacaq"

11:20 Neftçi 124
“Neftçi” indi Xosep Qvardiolanı da gətirsə, uduzacaq"

“İmişli” ilə oyunu izlədim, “Neftçi”nin buraxdığı qollara baxdım.

Nə deyim... “Neftçi”nin daha aqressiv mərkəz müdafiəçilərinə ehtiyacı var.

Uşaq kimi qollar buraxdılar, komandanın səsi yox idi. Təəssüf “Neftçi”nin müdafiə xəttinə lider lazımdır.”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında “Neftçi”də 5 ilə yaxın futbol oynamış Erik Fabian Ramos deyib.

O, “Neftçi” rəhbərliyinin Samir Abasovu istefaya göndərməsinə də münasibət bildirib:

“Bəli, Samir Abasovla yolların ayrıldığını da gördüm. Baş məşqçi hər zaman günahkar hesab edilir.

“Neftçi” indi Xosep Qvardiolanı da gətirsə, uduzacaqlar. Çünki ümumi vəziyyət yenə də çətindir.

Amma ümid edirəm ki, “Neftçi”də nəticələr daha yaxşı olacaq, komanda istədiyi yerlərə yüksələ biləcək”.

Ramos “Neftçi”nin formasını geyinən həmyerlisi, Luiz Ortiz barədə isə qısa danışıb:

“Ortiz haqda hər zaman pozitiv fikirdəyəm, amma təəssüf ki, “Neftçi”də az-az oynayır. Ona görə də onun “Neftçi”dəki performansına qiymət vermək çətindir”.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!