Ölkə futbolunun gündəmində yenə “Neftçi”dir.
“İmişli”yə məğlubiyyət (2:3), ardınca Samir Abasovun istefaya göndərilməsi və indi yeni baş məşqçinin kimliyi.
Klubun mətbuat katibi Rüstəm Əfsərli saytımıza açıqlamasında bir neçə mütəxəssislə danışıqların aparıldığını və yaxın günlərdə onlardan biri ilə razılıq əldə olunacağını deyib.
Mətbuatda yayılan xəbərlərdə namizədlərin sırasında Yuri Vernidubla yanaşı,Viktor Qonçarenko ilə Abdulla Avcının olduğu bildirilir.
Bununla bağlı kluba yaxın mənbədən məlumat əldə etmişik. Şəxsin saytımıza verdiyi informasiyada Qonçarenko ilə Avcı mövzusunun gündəmdə olmadığı deyilib. Adları çəkilən mütəxəssislərin namizədliyi bu günə qədər masanın üstünə qoyulmayıb.
Məlumat üçün bildirək ki, hazırda “Neftçi”ni çalışdırmağa ən real namizəd Yuri Vernidubdur. Hazırda ukraynalı mütəxəssislə qızğın müzakirələr və danışıqlar davam edir.
HƏBİB / SPORTİNFO.AZ

