“Neftçi”dəki 3 nəfər... Onları indi siz də tanıyın! - VİDEO

21:20 Neftçi 105
“Neftçi”dəki 3 nəfər... Onları indi siz də tanıyın! - VİDEO

“Neftçi”nin “İmişli”yə məğlubiyyəti turun sürprizi oldu.

11-ci turda əsas rəqibi “Qarabağ”a məğlub olan “ağ-qaralar”ın bunun acısını aran təmsilçisindən çıxacağı gözlənilirdi.

Acıq çıxmaq nədir? Heç 1 xala da sahib olmadılar.

Hesabda iki dəfə önə çıxan meydan sahibləri hesabı qoruya bilmədi, son dəqiqələrdə isə qapısında gördüyü rəqibin qələbə qolundan şok yaşadı.

Oyun başa çatandan sonra “Neftçi”nin futbolçularının tribunalara toplaşan azarkeşlərin önünə gedib onlardan üzrxahlıq edəcəyini düşünənlər təxminində yanıldı.

Cavid Cəlilov final fitini səsləndirən kimi paltardəyişmə otağına qaçan komanda üzvlərindən cəmi üç nəfər özündə cəsarət tapdı – Emin Mahmudov, Murad Xaçayev və İmad Faraj.

Emin tribunanın önünə qədər irəliləyib fanatların iradlarını dinlədikdən sonra başını aşağı salıb meydanı tərk etdi.

Udanda trəfədarların önündə özünü qəhrəman sayanların məğlub olduqdan sonra “siçan deşiyi” axtarmasının kənardan necə göründüyünü yəqin ki, özləri anlamır. Anlasalar, qaçıb getməzlər.

Noyabrın 23-də “Palms Sports Arena”da baş tutan görüşdə “İmişli” “Neftçi”ni 3:2 hesabı ilə məğlub edərək turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

“Ağ-qaralar” isə 8-ci sıraya yuvarlanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti