«Neftçi»nin baş məşqçi postuna həm yerli, həm də əcnəbi namizədlər var.
Bu barədə Sportinfo.az-a klubun media üzrə koordinatoru Rüstəm Əfsərli bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə gərgin iş gedir.
Sitat:
«Premyer Liqada növbəti oyunumuz «Turan Tovuz»a qarşı olacaq. Komandamız səfərdəki qarşılaşmaya böyük həvəslə hazırlaşır.
Tovuzda qələbə qazanmaq, beləliklə, turnir cədvəlində mövqeyimizi bir qədər yaxşılaşdırmaq istəyirik. Bununla paralel, yeni baş məşqçinin kimliyinin müəyyənləşdirilməsi üzərində çalışmalar davam edir
. Bu gün deyə bilmərəm ki, proses neçə müddət çəkəcək. Bir neçə gün də ola bilər, daha artıq zaman da ala bilər.
Hər şey danışıqların gedişindən asılıdır. Namizədlər var. onların arasında həm yerli, həm də əcnəbi mütəxəssislər var.
Azarkeşlərimiz bilsin ki, klubumuzun rəhbərliyi «Neftçi»nin hədəflərinə uyğun məşqçi gətirmək niyyətindədir. Kifayət qədər geniş və keyfiyyətli futbolçulardan ibarət komandamız var.
Komandamızın profilinə uyğun gələn, klubumuzun iddialarına cavab verən mütəxəssislə işləmək istəyirik.
Təcrübəli, özünü sübut etmiş və yeni uğurlar qazanmaq istəyi olan məşqçini «Neftçi»də görmək niyyətindəyik.
Hələlik bir ad üzərində dayanmamışıq».

