"Neftçi" tanınmış baş məşqçini Azərbaycana gətirə bilmək üçün bu addımı da atdı!

14:40 Neftçi 367
"Neftçi" tanınmış baş məşqçini Azərbaycana gətirə bilmək üçün bu addımı da atdı!

Samir Abasovla vidalaşan "Neftçi"nin Yuri Vernidubla apardığı danışıqlar "dalana dirənib".

Sırf tərəflərdən asılı olmayan səbəblərə görə.

Əslində, ukraynalı mütəxəssis karyerasını ölkəmizdə davam etdirməyə ikiəlli razıdır. Bu ilin yanvarından bəri heç yerdə çalışmayan

59 yaşlı mütəxəssis Bakıya gəlməyə, klubun şəraiti ilə tanış olmağa, müqavilə şərtlərini yerində rəsmiləşdirməyə hazırdır.

Amma ki…

Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub. Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.

«Neftçi» rəhbərliyi hazırda səfərbər vəziyyətdədir. Samir Abasovun qara günə qoyduğu komandanı dirçəltmək üçün bütün ümidlərini ona bağlayıblar.

Səlahiyyətli şəxslər bütün əlaqələrini işə salıb ki, Vernidubun təyinatı baş tutsun. 24 gün iş görür, aldıqları hər xəbəri müzakirə edir, çıxış yolu axtarırlar. Yəni ki. yatmaq söhbəti yoxdur.

Müxtəlif səviyyələrdə Ukraynanın müvafiq dövlət qurumları ilə danışıqlar aparılır. Hələlik nəticədən danışmaq tezdir? Yəqin ki, proses hələ bir neçə gün belə davam edəcək.

Təcrübəli mütəxəssis daha əvvəl vətənində "Metallurq", "Zarya", "Krivbass", Belarusda "Şaxtyor", Moldova da isə "Şerif"in baş məşqçisi olub.

Vernidub son 3 ili ölkəsində - «Krivbas»ın sükanı arxasında keçirib. Kayrerasının ən böyük uğurunu 2020-2022-ci illərdə qazanıb.

«Şerif»i Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Moldova komandası həmin vaxt «Real»ı udmaqla bütün Avropaya səs salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti