“Neftçi”nin baş məşqçi postuna təyinatı gözlənilən Yuri Vernidub futbolinfo.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, hazırda vətənində olan ukraynalı mütəxəssis “Neftçi”dən təklif aldığını etiraf etməsə də, yayılan söhbətlərin yalan olduğunu da bildirməyib:
“Neftçi”? Bu haqda danışmaq istəmirəm. Nə vaxt olacaqsa, o zaman danışa bilərəm.
Rəsmi nəsə olsa, danışmaq olar. Üzrlü sayın, indi sizə heç nə deməyəcəm.
Təşəkkür edirəm, ümid edirəm ki, inciməzsiniz. Hazırda Ukraynadayam. Nəsə olarsa, sonra danışmaq olar”.
Vernidub istefası gözlənilən Samir Abasovu əvəzləməlidir. Lakin bakılılar hələ də baş məşqçinin istefaya göndərilməsn rəsmən açıqlamayıb.
Yəqin ki, Abasovla müqavilənin pozulmasından, kompensaiya detallarının dəqiqləşməsindən sonra yeni baş məşqçi ilə bağlı real addımlar atılacaq.

