“Neftçi” ona uğur qazandıra bilməyən baş məşqçiyə o qədər pul qazandırdı ki… ŞOK RƏQƏM!

10:40 Neftçi 444
“Neftçi” ona uğur qazandıra bilməyən baş məşqçiyə o qədər pul qazandırdı ki… ŞOK RƏQƏM!

Dünən «Neftçi»nin baş məşqçi postundan uzaqlaşdırılan Samir Abasovun maaşı üzə çıxıb.

Paytaxt klubu 2024-cü ilin oktyabrında görəvə qaytardığı mütəxəssisə kifayət qədər böyük əməkhaqqı ödəyib.

O, burada hər ay 35 min dollar məvacib alıb.

Beləcə, sözügedən çalışdırıcı fəaliyyətdə olduğu 13 ay ərzində 450 min dollardan çox pul qazanıb.

Bəs qarşılığı? Həmin vaxt Roman Qriqorçuku əvəzləmiş Samir Abasov qaş düzəldən yerdə vurub göz çıxarıb.

Ötən mövsümü boşa verib, cari «futbol ili»ndə isə pis nəticələrlə yadda qalıb. Komanda 12 tura cəmi 15 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində yer alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 08:50 Bu liqada TƏYİNATLAR