"Neftçi"də 2,5 illik müqavilə - Yeni legioner nə qədər pul alacaq?

9 Yanvar 2025 10:40 Neftçi 5 861
"Neftçi"də 2,5 illik müqavilə - Yeni legioner nə qədər pul alacaq?

"Neftçi" Ryonoske Ohori ilə müqavilə imzalayıb.

Bakılıların yaponiyalı mərkəz yarımmüdafiəçi ilə bağladığı kontraktın müddəti 2,5 ildir.

Paytaxt təmsilçisi 23 yaşlı asiyalıya bu zaman kəsiyində nə qədər pul qazandıracaq, artıq bizə məlumdur. Belə ki, adıçəkilən legionerin 300 min dollar irəli düşəcəyini öyrənmişik.

Yaponiya U-17 millisinin sabiq üzvünün son klubu Litvada "Transinvest" olub.

Qısa müddət Portuqaliya və Latviyada legioner həyatı yaşamış "Sanfrecce"nin yetirməsi ölkəsində "Hirosima" və "Gyeongnam"ın formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız