Rege "Neftçi"dən bu oyunçunu Səudiyyə Ərəbistanına çağırdı

15 Oktyabr 2023 11:05 Neftçi 3 215
Rege "Neftçi"dən bu oyunçunu Səudiyyə Ərəbistanına çağırdı

Laurentsiu Regekampf ötən mövsüm baş məşqçisi olduğu "Neftçi"nin legionerini Səudiyyə Ərəbistanına aparmaq istəyir.

Yaxınlarda "Əl-Tai"nin sükanı arxasına keçən rumıniyalı Ataa Caberin xidmətində maraqlıdır.

Artıq tərəflər arasında danışıqlar başlayıb. Ötən ilin yayından etibarən ağ-qara formanı geyinən yarımmüdafiəçi keçmiş çalışdırıcısından gələn dəvəti sevinc hissi ilə qarşılayıb.

Çünki bu təklif maddi cəhətdən daha cəlbedicidir. Digər tərəfdən, Fələstin yığmasının oyunçusu özünü daha güclü çempionatda sınamaq niyyətindədir.

Caber "Neftçi"də prespektivini geniş görmür. Adrian Mutu ilə münasibətlərində soyuqluq var.

Regenin həmyerlisinin ona daim əsas heyətdə şans verəcəyinə inanmır.

Amma ona inanır ki, klub rəhbərliyi vaxtından əvvəl - qış fasiləsində buradan ayrılmasına şərait yaradacaq. Caberin sözləşməsinin gələn ilin yayında bitəcəyini xatırladaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi