Şotlandlar “Qarabağ” – “Molde” oyununda - UEFA göndərdi

19 Sentyabr 2023 10:40 Neftçi 1 048
Şotlandlar “Qarabağ” – “Molde” oyununda - UEFA göndərdi

Bakıda "Qarabağ" və Norveç "Molde"si arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I turunun oyununun təyinatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Con Bitona Daniel Makfarlan və Duqlas Potter laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını isə Metyu Makdermid yerinə yetirəcək.

VAR-da Nikolas Valş, AVAR-da isə Steven Makleyn yer alacaq.

Sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüş saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı