Yuri Vernidub “Neftçi”də iki legionerə xəbərdarlıq etdi

20:40 Neftçi 11 817
Yuri Vernidub “Neftçi”də iki legionerə xəbərdarlıq etdi

Qış fasiləsindən sonra işləri yağ kimi gedən növbəti oyuna hazırlaşır.

“Qarabağ”la matç təxirə salındığı üçün 21-ci turda istirahət edən paytaxt təmsilçisi bu həftə Şamaxıda eyniadlı komandanın qonağı olacaq.

Bölgə təmsilçisi ilə matçdan əvvəl Yuri Vernidub iki legionerə xəbərdarlıq edib.

Söhbət Mustafa Seklə Sessi D'Almeydadır.

Hər iki futbolçu sarı vərəqə limitindədir. Yəni geridə qalan oyunlarda hərəsi 3 sarı vərəqə almaqla cəzalı duruma yaxınlaşıb.

“Şamaxı” ilə dueldə hakimin növbəti “sarı” üzünə tuş gələcəkləri halda, 23-cü turda “Turan Tovuz”la həyat əhəmiyyətli oyunda iştirak etməkdən məhrum olacaqlar.

Bu isə heç bir halda ukraynalı çalışdırıcını razı sala bilməz.

Fevralın 28-də keçiriləcək “Şamaxı” – “Neftçi” görüşü saat 14:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti