
"Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha da mükəmməlləşdirmək olacaq”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi”nin yeni transferi Eddi İsrafilova məxsusdur.
Bakı klubu ilə 2,5 illik müqavilə imzalayan yarımmüdafiəçi Azərbaycan dilini bilmədiyini etiraf edib:
“Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram".
30 yaşlı oyunçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək.
Eddi İsrafilov iyunda İspaniyada "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb.
2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.