“Neftçi” ilə anlaşma – Bu transfer neçəyə başa gəlir?

14 Yanvar 2022 09:40 Neftçi 1 333
“Neftçi” ilə anlaşma – Bu transfer neçəyə başa gəlir?

“İnternasional”dan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.

22 yaşlı hücumçu “Neftçi” ilə razılaşıb.

“İnternasional”ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında “Ponte Preta”da, 2021-ci ilin ikinci yarısında isə “Kuyaba”da çıxış edib.

Braziliya klubunun mətbuat xidməti müqavilənin detallarını açıqlamasa da, bizdə olan bilgiyə görə, “Neftçi“ 100 min dollardan artıq təzminat ödəyəcək.

Adıçəkilən forvardın özü isə illik 160 min dollar civarında pul qazanacaq. Onunla 3+1 illik müqavilə bağlanması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti