Argentina millisinin kapitanı Lionel Messi karyerasının video-oyuna bənzədilməsi ilə bağlı səsləndirilən fikirlərə maraqlı reaksiya verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 39 yaşlı futbolçu jurnalistin “karyeran sanki səviyyələri bir-bir keçərək son mərhələyə çatan video-oyuna bənzəyir” fikrinə belə cavab verib:
“Mən oyunu əvvəlki dünya çempionatında, Qətərdə finalı qazananda başa vurmuşam”.
Messi iyulun 19-da Argentina millisinin heyətində İspaniya yığmasına qarşı keçiriləcək 2026-cı il dünya çempionatının finalında meydana çıxacaq.
O, bu matçda karyerasında ikinci dəfə dünya çempionu olmaq şansı qazana bilər.
Argentina millisi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı penaltilər seriyasında məğlub edərək, qızıl medallara sahib çıxmışdı.

