"Qəbələ" yayın dördüncü transfer əməliyyatını yekunlaşdırmağa çalışır.
Bu il Premyer Liqada yerini qorumağa çalışan "qırmızı-qaralar"ın danışıqlar apardığı oyunçunun kimliyi məlum olub.
Əyalət təmsilçisi Meşak Uboçimanı sıralarına qatmağı planlaşdırır.
24 yaşlı nigeriyalı cinah yarımmüdafiəçisi mövqeyində çıxış edir. Afrikalı vingerin karyerası yalnız Avropa ilə bağlıdır.
2020-2021-ci illəri «Nafta»da (Sloveniya)l keçirən Meşak növbəti üç mövsümdə Macarıstanda ZTE-nin şərəfini qoruyub.
2024-2025-ci illər aralığtında isə Şotlandiyada «Dunde Yunayted»in uğurları üçün tər töküb. Həmçinin bu ölkədə «Livinqston»a lazım olub.
Ötən ilin yayından bəri isə «Kazincbarcika»da çıxış etməkdədir. Nigeriyalı hazırkı klubunda 28 oyuna 4 qolla yadda qalıb.
«Qəbələ» yayın ilk ayyarımı ərzində 3 legioneri sıralarına qatıb.
Bunlar Kouya Mabena ("Floriana", Malta), Natan Monzanqo (“Bravo”, Sloveniya) və Karim Rossidir ("Şamaxı")
SPORTİNFO.AZ

