Azərbaycanlı baş məşqçi Almaniyanın həvəskar klubunda - SON DƏQİQƏ

13:00 Hadisə 375
Azərbaycanlı baş məşqçi Almaniyanın həvəskar klubunda - SON DƏQİQƏ

«Şəmkir»in sabiq baş məşqçisi Vüqar Nadirov ölkə xaricindən təklif alıb.

O, yaxın günlərdə Almaniyaya yollanacaq.

Gənc mütəxəssis bu məqsədlə sözügedən ölkənin Bakıdakı səfirliyinin qapısını döyüb. Nadirov həm «şengen», həm də işçi vizası almaq üçün səfirliyə ərizə yazıb.

Bir problem ortaya çıxmasa, məşqçi tezliklə Almaniyada fəaliyyətə başlayacaq. Ona dəvət göndərən klub həvəskar status daşıyır və Regional Liqada mübarizə aparır.

Vüqar Nadirov bir neçə ildir bu sahədə fəaliyyət göstərir.

«Hypers»in çalışdırıcısı kimi özünü ilk dəfə yeni peşədə sınaayan «Qarabağ»ın sabiq hücumçusu daha sonra «Şəmkir»in sükanı arxasına keçib.

Ötən ilin payızında II Liqa təmsilçisindən ayrılıb və Həvəskarlar Liqasında yarışan «Şuşa»da işləyib. Qarabağ bölgəsinin tarixi şəhərinin adını daşıyan klub isə bir müddət əvvəl fəaliyyətini dayandırıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!