Qvineya yığmasının forvardını da Premyer Liqamıza gətirdilər - SON DƏQİQƏ

14:00 Gündəm 477
Qvineya yığmasının forvardını da Premyer Liqamıza gətirdilər - SON DƏQİQƏ

«Şəfa» Premyer Liqanın yeni mövsümünün startını səbrsizliklə gözləyir.

Paytaxt təmsilçisi 21 ildən sonra qayıtdığı elitaya hərtərəfli hazırlıq görür.

Xüsusən transfer bazarında çox fəaldırlar, 1 gün də boş dayanmırlar.

«Şəfa» heyətinə güc qatmaq yönündə növbəti addımını bu gün atıb. Bafode Donsoke «ağ-göylər»in yeni legioneridir.

30 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, 2022-ci ildən bəri Qvineya yığmasının formasını geyinir.

Ön xətt oyunçusu bura gələnə qədər İsveçrədə «Winterthur»un formasını geyinib.

Maraqlıdır ki, Fransada dünyaya gəlmiş forvard ilk addımlarını futbolda yox, futzalda atıb.

Hətta bu ölkənin futzal üzrə U-21 və əsas millilərinin şərəfini qoruyub. İlk peşəkar klubu da bu növü üzrə olub - 2013-2014-cü illər aralığında «Roubaix Futsal»un heyətində yer alıb.

2014-cü ildə futbola keçib və ötən müddətdə 6 komanda dəyişib. Onların sırasında «Nant» da var.

"Şəfa" afrikalıdan öncə 9 transfer həyata keçirib.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya) və Fərid Yusifli ("Turan Tovuz") düşərgəyə qoşulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!