"Neftçi" rəhbərliyinin baş məşqçi postuna gətirmək istədiyi italiyalı – SON DƏQİQƏ

24 Noyabr 2021 10:40 Neftçi 4 421
"Neftçi" rəhbərliyinin baş məşqçi postuna gətirmək istədiyi italiyalı – SON DƏQİQƏ

«Neftç» rəhbərliyinin Samir Abasovu əvəzləmək istədiyi yeni baş məşqçi italiyalıdır.

Bu barədə klubun «üst eşalonu»na aid mənbədən Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıxza verilən bilgiyə görə, 3 gündür həmin mütəxəssislə danışıqlar davam etdirilir. Hələlik adı gizli saxlanılan çalışdırıcı Azərbaycana dəvət olunub.

O, Premyer Liqanın qış fasiləsinədək olan müddətdə keçirəcəyi 3 matçı stadiondan izləməli, sonra fəaliyyət proqramını hazırlayıb təqdim etməlidir.

Apenninli sükançıya təklif olunan müqavilənin müddəti 2+2-dir. Ad açıqlanmasa da, bildirilib ki, dəvət göndərilən məşqçi böyük təcrübəyə malikdir və ölkəsində kifayət qədər tanınır.

Danışıqların gedişi hələ ki, «Neftçi» təmsilçilərinin istədiyi məcrada gedir. İtaliyalı onlardan komandanın son 6 ayda keçirdiyi oyunların diskini istəyib.

O, futbolçularla bağlı məlumat toplamağa başladığını söyləməklə, bakılı rəsmilərin bu izdivacın gerçəkldəşə biləcəyinə ümidləndirib.

Hazırda biz də öz tərəfimizdən araşdırmalarımızı davam etdirməkdə, son dəqiqə xəbərlərini oxucularımıza çatdırmaq yönündə çalışmaqdayıq.

Digər Xəbərlər
Xəbər Lenti