“Neftçi” Samir Abasovdan sonra bu məşqçilərin nəzarətinə verildi

09:40 Neftçi 1 089
“Neftçi” Samir Abasovdan sonra bu məşqçilərin nəzarətinə verildi

Sabah Premyer Liqada 13-cü tura start veriləcək.

«Neftçi» hesabat həftəsinin ilk oyun günündə «Turan Tovuz»un qonağı olacaq.

«Ağ-qaralar» qərb səfərinə Sənan Qurbanovun rəhbərliyi altında yollanacaq. Samir Abasovun istefaya göndərilməsindən sonra müvəqqəti olaraq komandanın başına keçən mütəxəssis özünə 2 köməkçi götürüb.

Bunlar Samir Zərgərov və Aqil Məmmədovdur. Akademiyada çalışan trio ən azı 1 matçda bu kollektivə nəzarət edəcək.

Sonra nə olacaq, nə olmayacaq, klub yönətimindən asılıdır. Danışıqlar apardıqları məşqçilərdən kiminlə tez razılığa gəlsələr, onu da görəvə gətirəcəklər.

Bu prosesin nə vaxt bitəcəyi isə hələ naməlumdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti