COP29

"Mutu yaxşı futbolçu karyerası olduğuna görə "Neftçi"dədir"

13 Noyabr 2023 22:20 Müsahibə 1 313
"Mutu yaxşı futbolçu karyerası olduğuna görə "Neftçi"dədir"

“Neftçi” Premyer Liqanın 13-cü turun məğlubiyyətlə başa vurdu.

“Ağ qaralar” doğma meydanda “Sumqayıt”la bacarmadı.

İlk hissədə 1:0 önə keçən Adrian Mutunun yetirmələri fasilədən sonra üstünüyü əldən verərək meydandan xalsız ayrıldı – 1:2.

Gərgin keçən qarşılaşmanı izləyənlər arasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov da var idi.

Arenalarda az-az görünən futbol funksioneri ilə izlədiyi matç və “Neftçi”nin hazırkı durumu barədə danışmaya bilməzdik.

- Ceyhun bəy, uzun müddətdir arenalarda görünmürdüz. Bu gün burda olmağınızın xüsusi səbəbi varmı?

- İki ilə yaxındır stadionlara getmirdim. Bu gün qonağım vardı. Onunla gəldim oyuna baxmağa.

- Gözlədiyiniz oyunu meydanda görə bildiniz?

- Sözün açığı, "Neftçi"dən çox şey gözləyirdim, amma çox zəif oynadılar.

- Bəs qonaqlar?

- "Sumqayıt" qələbə qazanmağa layiq idi. Samir Abasov yaxşı kollektiv formalaşdıra bilib.

- Hər iki komandada çalışmısınız. “Sumqayıt”da hətta futbolçu kimi çıxış etmisiniz. Azarkeşlik hissləriniz kimdən yana idi?

- Açığı, heç kimə azarkeşlik etmirdim. İkisi də mənə doğmadı. Kim güclüdür o da qalib gəldi. "Neftçi" bu gün mütləq udmalıydı ki, xal ehtiyatını yaxşılaşdıra bilsin. Görünən odur ki, tam hazır deyillər.

- Tam hazır deyillər dediniz. Amma zaman da gedir...

- Əgər "Neftçi" çempion olmaq istəyirsə, bilsinlər ki, bu oyunla mümkün deyil. Hər zaman demişəm, indi də deyirəm ki, "Neftçi" bu baş məşqçi ilə uzağa gedə bilməyəcək. Görsənən budur. Oyun yoxdur. Məğlub ola bilərsən. Amma oyun oynayaraq. Daha belə yox.

- Belə çıxır ki, ən qısa zamanda Mutu ilə yollar ayrılmalıdır?

- Bunu rəhbərlik bilər. Şəxsi fikrim odur ki, Mutu "Neftçi"yə layiq deyil.

- Bəs niyə burdadır?

- O, sadəcə, yaxşı futbolçu karyerası olduğuna görə "Neftçi"dədir. Məşqçi olaraq çox zəifdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti