Azərbaycanlı hücumçu Belfastı belə susdurdu VİDEO

10 May 2020 22:20 Milli komanda 921
Azərbaycanlı hücumçu Belfastı belə susdurdu VİDEO

15 noyabr, 2012-ci il. Azərbaycan yığması növbəti sınağına çıxıb.

Sportinfo.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin dördüncü oyununda Şimali İrlandiya ilə qarşılaşıb.

Britaniyalılar bizə tanış rəqibdir. Belə ki, Şimali İrlandiya ilə ilk dəfə 2004-cü ildə, oktyabrın 9-da Bakıda qarşılaşmışdıq. DÇ-nin seçmə mərhələsi çərçivəsində baş tutan görüşdə hesab açılmamışdı. 2005-ci ildə, sentyabrın 3-də Belfastda keçirilən cavab görüşündə isə millimiz 2 cavabsız qolla uduzmuşdu.

Lakin bu komanda ilə budəfəki səfər qarşılaşmamız Azərbaycan üçün daha uğurlu alınıb. Qarşılaşmanın beşinci dəqiqəsində Rauf Əliyev möhtəşəm qolla meydan sahiblərini şoka salıb.

Qalan dəqiqələrdə diqqətlə müdafiə olunan yığmamız çətin səfər matçında yeni tsikldəki ilk qələbəsini rəsmiləşdiriməyə də yaxın idi. Amma təəssüf ki, son saniyələrdə meydan sahibləri cərimə zərbəsindən hesabı bərabərləşdiriblər. Beləcə, komandamız Belfastdan 1 xalla qayıtmalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi