Şeydayev "Arsenal"ı seçdi, PSJ-li cüdoçuya uduzdu - VİDEO

30 Aprel 16:42 Milli komanda 287
Şeydayev "Arsenal"ı seçdi, PSJ-li cüdoçuya uduzdu - VİDEO

İTV-də yayımlanan “Evdə Qol” verilişinin budəfəki qonaqları cüdo üzrə Avropa çempionu, ikiqat dünya mükafatçısı Hidayət Heydərovla millimizin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev olub.

Sportinfo.az xəbər verir ki, “PlayStation”un PES2020 oyunu üzrə 1/4 final çərçivəsində qarşılaşan idmançıların oyunu çox gərgin keçib.

Hidayət Fransanın PSJ, Ramil isə İngiltərənin “Arsenal” klubunu seçib. İlk görüş Heydərovun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatsa da, revanş qarşılaşmasında Şeydayev eyni hesabla rəqibini məğlub etməyi bacarıb.

Bu səbəbdən iki oyunun qalibi turnir ərzində ilk dəfə penaltilər seriyasında müəyyənləşdirilib. Burada isə Hidayət Heydərov qalib gəlməyi bacarıb – 3:2. Onun yarımfinaldakı rəqibi güləşçi Hacı Əliyevlə boksçu Alfonso Dominges cütünün qalibi olacaq.

Futbolçunun digər idman növü təmsilçisinə uduzması bu yarışda artıq üçüncü haldır. Əvvəl futzal millimizin qapıçısı Rövşən Hüseynli taekvondoçu Ayxan Tağızadəyə, “Zirə” klubunun futbolçusu Cavid Hüseynov isə MMA idmançısı Tofiq Musayevə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...