Millilərin məşqçilərinin maaşları iki dəfə azaldıldı

24 Fevral 2020 19:02 Milli komanda 1 432
Millilərin məşqçilərinin maaşları iki dəfə azaldıldı

AFFA aşağı yaş qrupları üzrə yığma komandaların məşqçi korpusunun maaş cədvəlini tutub.

Sportinfo.az-ın məlumatına görə, millidə çalışanların əməkhaqqısı 1300-1800 manat civarında müəyyənləşdirilib.

Bu, yalnız yerli mütəxəssislərə şamil olunub. İstisna yalnız Elxan Abdullayevdir. U-18-in sükanı arxasına keçən «Neftçi»nin sabiq baş məşqçisi federasiyadan hər ay 2200-2500 manat alacaq. M

ilan Obrodoviç və Miloş Velebit kimi əcnəbilərin məvacibi isə göstərilən rəqəmdən qat-qat yüksəkdir. Bir müddət əvvəl mətbuatda yayılan xəbərlərə əsaslansaq, serbiyalıların Azərbaycana gəlişi AFFA-ya 300-350 min dollara «oturub».

Müqayisə üçün deyək ki, federasiyanın müəyyənləşdirdiyi maaş cədəvli 1 il il əvvələ nisbətən 2 dəfə aşağıdır. Belə ki, yığmaların Qurban Qurbanovun kurasiyasında olduğu vaxt əməkhaqqılar 3500-1750 manat arasında dəyişirdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”