Nazarov 85 dəqiqə oynadı, komandası uduzdu

7 Dekabr 2019 18:15 Milli komanda 662
Nazarov 85 dəqiqə oynadı, komandası uduzdu

Almaniyanın II bundesliqasında XVI turun oyunları davam edir. Sportinfo.az xəbər verir ki, bu gün daha 3 görüş keçirilib.

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" bu tur səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma Aue təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Start heyətdə meydana daxil olan Nazarov 85-ci dəqiqədə Malkom Kakutalua ilə əvəz olunub.

Qeyd edək ki, "Erzgebirge" 16 turdan sonra 24 xalla 5-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!