"Azərbaycan millisinə hörmət etmək lazımdır" - LOBOTKA

20 Noyabr 2019 12:16 Milli komanda 632
"Azərbaycan millisinə hörmət etmək lazımdır" - LOBOTKA

Slovakiya millisinin yarımmüdafiəçisi Stanislav Lobotka AÇ-2020-nin seçmə mərhələsində evdə Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir.

- 2:0 hesablı qələbə qazansanız da, o qədər də sevinmirsiz. Bunu kədərli qələbə adlandırmaq olar?

- İstənilən qələbə yaxşıdır. Ancaq əgər bunun bizə xeyiri yoxdursa, deməli, çox sevinmək lazım deyil. Təəssüf ki, alınmadı. Amma inanırıq ki, Millətlər Liqasından final mərhələsinə vəsiqə qazanacağıq.

- Uels - Macarıstan görüşünün nəticəsindən xəbəriniz var?

- Hə, oyundan sonra hər şeyi bilirdik. Uelsin qalib gəldiyini təxmin etmişdim. Orada heç-heçə olsaydı, tribunadakı azarkeşlərimiz sevinərdi.

- Oyunu necə dəyərləndirirsiz?

- İlk hissədə aşkar üstün oynadıq. İkinci yarıda isə Azərbaycan toa daha çox nəzarət etməyə başladı.

- Oyunda diqqət etməli olduğunuz ən vacib məqam nə idi?

- Ən əsası, topu asanlıqla itirməməyə çalışırdıq. İkinci yarıda rəqibin cərimə meydançasına sürətlə yaxınlaşsaq da, sonda topu itirirdik. Bu isə xeyli güc sərfi demək idi. Amma azərbaycanlı futbolçuların da özünəməxsus keyfiyyəti var. Xorvatlarla Bakıda heç-heçə etmişdilər. Səfərdə isə Uels və Macarıstan seçməsinə çətin anlar yaşatmışdılar. Onlara hörmət etmək lazımdır.

- Qalib gəlsəniz də, sonda azarkeşlər komandanı fitə basdılar...

- Hə, belə bir şey eşitdim. Amma açığı, mənim üçün anlaşılmaz oldu. Hesabda öndə idik. Məncə, belə vaxtda topu özümüzdə çox saxlamağımız normaldır. "FİFA" oyunlarındakı kimi daim irəli-geri gedə bilmərik. Biz də insanıq. Digər tərəfdən, Azərbaycan pis komanda deyil.

Digər Xəbərlər
Xəbər Lenti