
Qadınlardan ibarət milli komandamız bu gün AÇ-2021-in seçmə qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yığmamız Bakıda Çexiya seçməsi ilə qarşılaşıb. "ASCO Arena"da oynanılan qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrupda ilk görüşündə İspaniyaya da eyni hesabla uduzan millimiz 2 turdan sonra xalsızdır və 5 komanda arasında dördüncüdür.
AÇ-2021-in seçmə mərhələsi
7 noyabr
19:00. Azərbaycan - Çexiya - 0:4
Qollar: Vinkova, 36, 69, Staşkova, 60, K. Dubçova, 73