Millimizin açıq məşqi və brifinqi olacaq

24 Sentyabr 03:00 Milli komanda 16
Millimizin açıq məşqi və brifinqi olacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Çexiya ilə oyundan əvvəl “Dalğa Arena”da baş məşqçinin iştirakı ilə brifinq və açıq məşqi təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, sentyabrın 24-də saat 16:15-də U-21 yığmamızın baş məşqçisi Rəşad Eyyubovun iştirakı ilə brifinq keçiriləcək.

Saat 16:30-da start götürəcək məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 25-də Çexiya komandası ilə üz-üzə gələcək.

“Əlincə Arena”da keçiriləcək və saat 17:45-də start götürəcək qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Sentyabr 18:10 Çək və bizə göndər!
25 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM