Tanış sima yenidən AFFA-ya qayıdır?

7 İyun 22:55 Milli komanda 1 662
Tanış sima yenidən AFFA-ya qayıdır?

"Səbail" klubunun icraçı direktoru Firuz Abdulla yenidən AFFA-da çalışa bilər.

Təcrübəli futbol adamı U-20 millisində vəzifəyə gətiriləcək.

O, dünya çempionatına hazırlaşan komandamızda yeni yaradılacaq Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olacaq.

Bu barədə federasiyadan məlumat almışıq.

Firuz Abdulla uzun müddət AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən çalışıb.

Ölkəmizdə keçirilən bir neçə mötəbər yarışın təşkilatçılığında önəmli rol alıb.

Qərarın arxasında duran əsas səbəblərdən biri də məhz budur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM