Millidə dava salan futbolçulara necə “qulaqburma”sı verildi? - VİDEO

09:50 Milli komanda 334
Millidə dava salan futbolçulara necə “qulaqburma”sı verildi? - VİDEO

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Yığmamız Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə uduzub. Həmin görüşdə rəqibin ikinci qolunun ardından futbolçular bir-biriləri ilə dalaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino ilə üz-üzə gələcək. Adıçəkilən cütlük qarşıdakı görüşü tribunadan izləyəcək.
Amma bu, onların son cəzası olmayacaq.

Baş məşqçi dalaşqan cütlüyü cərimələyib. San Marino üzərində qələbə əldə olunarsa, mükafat almayacaqlar.

Üstəlik, Abbasov hər ikisinə xəbərdarlıq edib.

Çalışdırıcı bildirib ki, bir də daxili nizam-intizam kodeksini pozsalar, UEFA Millətlər Liqasının qarşıdakı oyunlarına dəvət almayacaqlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 İyun 16:40 Öz uşaqlarımız...