Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bir neçə Premyer Liqa təmsilçisinə təklif olunub.
Amma klublarımız 27 yaşlı forvardın xidmətindən imtina edib.
Əsas səbəb isə onun yüksək maaş tələbi olub.
Renat ən son Polşanın "Motor" klubunda çıxış edib.
Başa çatan mövsüm meydana çıxdığı 22 görüşdə heç nə ilə yadda qalmayıb.
Hazırda azad agentdir.
Dadaşov milli komandamızın heyətində keçirdiyi 44 qarşılaşmada 6 qolla yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

