Azərbaycan millisi Qazaxıstandan 5 qol buraxdı

7 İyun 02:00 Milli komanda 689
Azərbaycan millisi Qazaxıstandan 5 qol buraxdı

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

İlk iki qolu millimizin vurduğu görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Daniil Rəcəbov və 25-ci dəqiqədə Əhəd Hacızadə vurublar.

Komandalar arasında ikinci yoxlama oyunu iyunun 9-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM